Fevralın 8-də Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti arasında anlaşma memorandumu imzalanıb. SİA-nın məlumatına görə, memorandumu AMPK-nın prezidenti İlqar Rəhimov və İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov imzalayıblar.
Anlaşma memorandumu hər iki qurum arasında qarşılıqlı əməkdaşlıq, informasiya dəstəyi, o cümlədən yarışların eksklüziv yayım hüququnun verilməsi ilə bağlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB