Aleksandr Çeferin: "ÇL-dən ayrılan klublar azarkeşlərin gözündən düşəcək"
Xəbər verdiyimiz kimi, dünən İtaliyanın paytaxtı Romada UEFA prezidentliyinə seçkilər keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi mıəlumata görə, yeganə namizəd olan Aleksandr Çeferin yenidən 4 il müddətinə UEFA-ya rəhbərlik etmək hüququ qazanıb.
Maraqlıdır ki, seçkilərdən sonrakı ilk çıxışında köhnə-yeni UEFA prezidenti Çempionlar Liqasından ayrılmaq niyyəti olan klubları hədələyib: "Nə qədər ki, mən burdayam Super Liqa və ya hansısa alternativ turnir keçirilməyəcək. Çempionlar Liqasından ayrılan klublar azarkeşlərin gözündən düşəcək, böyük klub adını itirəcəklər. Çünki onların böyüklüyü keçmişləridir. Həmin keçmiş isə Çempionlar Liqası ilə bağlıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB