Qəzaya uğramış təyyarədə olan futbolçunun meyiti tapıldı

Qəzaya uğramış təyyarədə olan futbolçunun meyiti tapıldı

Dorset qraflığının polisi qəzaya uğramış təyyarənin qalıqlarının çıxarıldığını və Uelsin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Salanın cəsədinin Britaniyanın Portlend limanına çatdırıldığını təsdiqləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Portlend limana çatdırılan cəsədin peşəkar futbolçu Emiliano Salanın meyiti olması rəsmi şəkildə müəyyən edilib.

Futbolçunun və təyyarəni idarə etmiş pilotun qohumları ekspertizanın nəticələri haqqında xəbərdar edilib. Faciənin başvermə şəraitinin araşdırılması davam edəcək.

Cümə axşamı xilasedicilər Emiliano Sala və pilot Devid İbbotson olduqları güman edilən cəsədləri parçalanmış təyyarədən çıxarıblar.

Təyyarənin özü isə bazar ertəsi tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə