"Real"ın futbolçusu zədələnib

"Real"ın futbolçusu Markos Llorente üç həftə yaşıl meydanlardan uzaq qalacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb 24 yaşlı yarımmüdafiəçinin İspaniya kubokunun yarımfinalında "Barselona" ilə ilk matçda (1:1) zədələnməsidir. Ayaq əzələsindən zədə alan ispan oyunçunun bərpa müddəti təxminən üç həftə çəkəcək.

Qeyd edək ki, Llorente "Barselona" ilə görüşün 63-cü dəqiqəsində Kasemiro ilə məcburi əvəzlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə