"Latsio" "Empoli"ni məğlub edib

İtaliya A Seriyasında 23-cü tura start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. "Latsio" "Empoli"ni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.

Bu qələbə ilə xalını 38-ə çatdıran "Latsio" turnir cədvəlində 4-cü pilləyə yüksəlib. "Empoli" isə 18 xalla 17-ci pillədə qalıb.

Qeyd edək ki, turnir cədvəlinə 60 xalla "Yuventus" başçılıq edir. "Napoli" 51 xalla 2-ci, "İnter" 40 xalla 3-cüdür.

"Latsio" - "Empoli" 1:0
Qol:
Felipe Kaysedo, 42-pen

Bütün xəbərlər Facebook səhifəmizdə