Jerar Pike hakimdən şikayətçidir

Jerar Pike hakimdən şikayətçidir

“Barselona”nın futbolçusu Jerar Pike İspaniya Kral kubokunun yarımfinalında “Real”la keçirilən oyunun (1:1) hakimliyi ilə bağlı danışıb. SİA-nın məlumatına görə, təcrübəli müdafiəçi “Daily Mail”ə açıqlamasında görüşün baş hakimi Mateo Laozun bəzi məqamlarda düzgün qərar vermədiyini bildirib: “Hakim ümumilikdə matçı pis idarə etmədi. Ancaq Serxio Ramosun epizodunda düzgün qərar qəbul etmədi. Onu meydandan qovmalı idi. Nə etmək olar, oyundur”.

Bütün xəbərlər Facebook səhifəmizdə