Xorvatiyalı futbolçu Çindən gələn təklifi rədd edib

Xorvatiyalı futbolçu Çindən gələn təklifi rədd edib

"Yuventus"un hücumçusu Mario Mandzukiç Çindən gələn təklifi rədd edib. "Corriere di Torino" yazır ki, Superliqa təmsilçisi "Dalian Yifanq" xorvatiyalı futbolçuya illik 10 milyon avro təklif edib. 32 yaşlı forvard isə Turin klubunda qalmağı üstün tutub. Qeyd edək ki, Mandzukiçin "Yuventus"la 2020-ci ilə kimi müqaviləsi var. O, bu mövsüm 22 oyuna 9 qol vurub, 5 qol ötürməsi edib.

Bütün xəbərlər Facebook səhifəmizdə