"Real"ın futbolçusu Markos Llorente üç həftə yaşıl meydanlardan uzaq qalacaq."Marca"nın xəbərində deyilir ki, buna səbəb 24 yaşlı yarımmüdafiəçinin İspaniya kubokunun yarımfinaında "Barselona" ilə ilk matçda (1:1) zədələnməsidir. Ayaq əzələsindən zədə alan ispan oyunçunun bərpa müddəti təxminən üç həftə çəkəcək. Qeyd edək ki, Llorente "Barselona" ilə görüşün 63-cü dəqiqəsində Kasemiro ilə məcburi əvəzlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB