S-1 peşəkar döyüş liqasının yeni mərkəzinin açılışı olub. Mərkəzin açılışında S-1 Peşəkar Döyüş Liqasının prezidenti Hikmət Şikarov, birinci vitse-prezidenti İsmayıl Əliyev, vitse-prezident Mərdan Vəliyev, həmçinin tanınmış idmançılar, ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Mərkəzin açılışında çıxış edən H.Şikarov bildirib ki, ölkəmizdə idmanın inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişafına göstərilən yüksək diqqət və qayğı nəticəsində ən müasir idman qurğuları yaradılır, atletlərimiz mötəbər yarışlarda mühüm uğurlar qazanır, Azərbaycan irimiqyaslı beynəlxalq turnirlərə ev sahibliyi edir.
Digər çıxışlarda da S-1 Peşəkar Döyüş Liqasının Bakı ilə yanaşı, respublikamızın bütün bölgələrində də geniş yayıldığını bildiriblər. Çıxışlarda yeni mərkəzin açılışının idmanın bu növünün kütləviləşməsi işinə mühüm töhfəsi qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB