Polşa mətbuatı Formula 1 Azərbaycan Qran-Prisindən yazıb

Polşa mətbuatı Formula 1 Azərbaycan Qran-Prisindən yazıb

Polşada Formula 1 idman növü üzrə ixstisaslaşmış ən böyük dziel-pasje.pl portalında Azərbaycan Qran-Prisi haqqında məqalə dərc olunub. AZƏRTAC xəbər verir ki, məqalədə Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan Qran-Prisinin 2023-cü ilədək keçirilməsi haqqında müqavilənin imzalandığı diqqətə çatdırılıb.

Məqalədə bildirilir ki, 2016-cı ildən etibarən Bakıda təşkil olunan Formula 1 yarışları dərhal mövsümün ən maraqlıları sırasında yer alıb. Bakıda keçirilən Qran-Pri nəticələrinin gözlənilməzliyi ilə avtoidman həvəskarları tərəfindən çox bəyənilib. Azərbaycan Formula 1 yarışlarını yüksək səviyyədə təşkil edib. Bakı isə öz gözəlliyi ilə bu yarışlara əlavə rəng qatır.

Bütün xəbərlər Facebook səhifəmizdə