Birinci divizionda daha 3 oyun keçirilib

Birinci divizionda daha 3 oyun keçirilib

Futbol üzrə Azərbaycan birinci divizionunda 14-cü turun daha 3 oyunu keçirilib. Belə ki, “Sumqayıt-2” “Keşlə-2”yə 3:0 hesabı ilə qalib gələrək liderliyi qoruyub. "Neftçi-2" səfərdə "Sabah"ı 1:0, Zirə-2" isə "Ağsu"nu doğma meydanda 2:1 hesabı ilə məğlub edib.

“Sumqayıt-2” – “Keşlə-2” -3:0
Qollar: Baxşəli Baxşəliyev, 27, Fərid Kərimzadə, 45, İbrahim Əliyev, 90+3
“Kapital Bank Arena” (ehtiyat meydança)

“Sabah-2” – “Neftçi-2” - 0:1
Qol: Elnur Süleymanov, 90+3
Binə qəsəbə stadionu

“Zirə-2” – “Ağsu” - 2:1
Qollar:Qalib Əmrahov, 13 (0:1), Qara Mehrəlizadə, 22 (1:1), Əmrah Bayramov, 62 (2:1)
“AZAL Arena”

Qeyd edək ki, turnir cədvəlinə 33 xalla "Sumqayıt-2" başçılıq edir. MOİK 29 xalla (13 oyuna) ikinci, "Neftçi- 2" 26 xalla 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə