"Monako"nun yarımmüdafiəçisi Vilyam Vanker cəzalandırılıb. SİA-nın məlumatına görə, 30 yaşlı futbolçu yeni klubunda debüt matçında aldığı qırmızı vərəqə səbəbindən 3 oyunluq cəza alıb. Vanker "Monako"nun Fransa Kubokunun 1/4 final mərhələsində "Guinqamp"la qarşılaşdığı matçda qırmızı vərəqə alıb.
Qeyd edək ki, "Monako" fransız yarımmüdafiəçini qış transfer pəncərəsi dövründə Türkiyənin "Antalyaspor" klubundan icarəyə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB