Bu gün İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü növbəti Konqresi keçirilib. SİA-nın məlumatına görə, qurumun prezidenti vəzifəsində olan Aleksandr Çeferin işinə davam edəcək. Səsvermədən sonra o, UEFA-nın prezidenti vəzifəsində qalıb. Çeferin 2023-cü ilə qədər sözügedən vəzifəni icra edəcək.
Qeyd edək ki, sloveniyalı futbol funksioneri vahid namizəd olub. UEFA-ya daxil olan bütün assosiasiyalar Çeferinə səs verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB