Qəzaya uğramış təyyarədən bir nəfərin cəsədi çıxarılıb

Qəzaya uğramış təyyarədən bir nəfərin cəsədi çıxarılıb

Uelsin "Kardif" klubunun yeni transferi Emiliano Salanın da içində olduğu itən təyyarədən bir nəfərin cəsədi çıxarılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qəzaya uğramış təyyarədən çıxarılan cəsədin argentinalı hücumçuya, yoxsa pilota aid olduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, Sala yanvarın 22-i Fransadan Kardiffə xüsusi təyyarə ilə yola salınıb. Ancaq hava gəmisi mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib. Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə