İngiltərə Premyer Liqasının 27-ci turu "Mançester Siti" üçün uğurlu olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Everton"un qonağı olan “şəhərlilər” səfərdən 3 xalla qayıdıblar-0:2. Bu qələbə sayəsində 62 xal toplayan Qvardiolanın komandası turnir cədvəlinin birinci pilləsinə sahib çıxıb. Uzun müddət liderliyi əldən verməyən "Liverpul" ikinci pilləyə düşüb.
Qeyd edək ki, klubun ehtiyatda bir oyunu var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB