"Beşiktaş" İlhan Mansızla yollarını ayırıb

"Beşiktaş" İlhan Mansızla yollarını ayırıb

"Beşiktaş" məşqçisi İlhan Mansızla yollarını ayırıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klub rəhbərliyi ilə görüşdən sonra sabiq futbolçu İstanbul təmsilçisindən ayrılıb. Onun səhhətindəki problemlər səbəbindən klubu tərk etdiyi iddia olunur.

Qeyd edək ki, İ.Mansız bu mövsümün əvvəli baş məşqçi Şenol Güneşin köməkçisi təyin edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə