“Barselona” prezidenti: "Transfer siyahımızda Neymar yoxdur"

“Barselona” prezidenti: "Transfer siyahımızda Neymar yoxdur"

“Barselona”nın prezidenti Xosep Bartomeu PSJ-nin futbolçusu Neymarın transfer olunacağı barədə yayılan xəbərlərə münasibət bildirib. İspaniya mətbuatının yazdığına görə, Bartomeu braziliyalı hücumçu ilə hər hansı bir razılaşma olmadığını deyib: “Onunla danışmamışam. Nə neymar, nə də atası “Barselona"ya qayıtmaq üçün mənimlə danışıb. Növbəti mövsümə hazırlaşırıq və transfer siyahımızda Neymar yoxdur. O, PSJ-nin oyunçusudur. Onların Nemar kimi oyunçunu buraxacaqlarını düşünmürəm”.

Qeyd edək ki, Neymar 2017-ci ildə Kataloniya klubundan Paris təmsilçisinə 222 milyon avroya transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə