BELTA agentliyi ikinci Avropa Oyunlarının rəsmi media tərəfdaşı olub
Fevralın 6-da “Minsk 2019” ikinci Avropa Oyunlarının Təşkilat Komitəsi ilə Belarus Respublikası Prezident Administrasiyasının nəşriyyat evi - “Belarus bu gün” və Belarus Teleqraf Agentliyi (BELTA) arasında rəsmi media tərəfdaşlığına dair saziş imzalanıb. “Minsk 2019”un saytında yer alan məlumata görə, hər iki qurum müqaviləyə əsasən, ikinci Avropa Oyunların rəsmi media tərəfdaşı olub.
İkinci Avropa Oyunları 2019-cu il iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı idmanın 15 növü üzrə 199 dəst medal uğrunda yarışacaq. Səkkiz idman növü üzrə yarışlar “Tokio 2020”yə lisenziya xarakteri daşıyır.
Xatırladaq ki, birinci Avropa Oyunları 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilib. Yekun nəticələrə görə, ümumi hesabda birinci yeri Rusiya, ikinci yeri Azərbaycan, üçüncü yeri Böyük Britaniya yığmaları tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB