"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo işsiz qaldığı müddətdə 3 təklifi geri çevirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mütəxəssis təkliflərin ürəyincə olmadığını deyib: “Hələlik dincəlirəm. Baş verənləri analiz edirəm. Hər şeyə sakit yanaşıram. Boş vaxtım nə qədər çox olsa, bir o qədər yaxşıdır. İndiyədək 3 klubdan təklif almışam. Lakin ürəyimcə olmayıb. Hiss edirəm ki, istədiyimi hələ almamışam. Məni özünə cəlb edəcək təklif gözləyirəm. Amma, dediyim kimi, tələsmirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB