Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada yeni futbol klubunun yaradılmasına qərar verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Prezident Administrasiyasının nəzdində yaradılan klub "Cumhurbaşkanlığı Spor" adlandırılıb. Yeni yaranan klub "Ankara-2" həvəskar futbol liqasında çıxış edəcək.
"Cumhurbaşkanlığı Spor" Ankarada yetişən futbolçuları heyətinə cəlb etməyə və tezliklə peşəkar səviyyəyə qalxmağa çalışacaq.
Türkiyə mətbuatının yazdığına görə isə, klub hazırda Türkiyə I Liqasında mübarizə aparan "Osmanlıspor"un adını alacaq və növbəti mövsüm Super Liqaya vəsiqəni hədəfləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB