Atletika üzrə ölkə çempionatı keçirilib

Atletika üzrə ölkə çempionatı keçirilib

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə 2004-2005-ci təvəllüdlü atletlər arasında ölkə çempionatı keçirilib. SİA-nın məlumatına görə, AAF-dan bildiriblər ki, Respublika Olimpiya Mərkəzində keçirilən çempionatda 8 klub və cəmiyyətin üzvləri iştirak ediblər.

Yarışda oğlanlar doqquz növdə (60, 300, 600, 1000, estafet 4x200 metr, uzunluğa, üçtəkanlı və hündürlüyə və kürəitələmə) mübarizə aparıblar. Qızlar isə səkkiz növ (60, 300, 600, 1000, uzunluğa, üçtəkanlı vəhündürlüyə tullanma, kürəitələmə) üzrə güclərini sınayıblar.

Qaliblər diplom və medallarla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə