"Mançester Yunayted”in sabiq futbolçusuna klubda vəzifə veriləcək

"Mançester Yunayted”in sabiq futbolçusuna klubda vəzifə veriləcək

"Mançester Yunayted” rəhbərliyi komandanın sabiq hücumçusu Erik Kantonaya vəzifə verməyi planlaşdırır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İngiltərə təmsilçisi 1992-1997-ci illər aralığında bu klubda top qovmuş fransalını idman direktoru postuna gətirmək istəyir.

Kantonanın "İnstaqram" hesabında yazdığı cümlə də müəyyən mənada informasiyanın təsdiqi sayılır: "Hələ heç nə deyə bilmərəm, amma bu sizin xoşunuza gələcək”.

Qeyd edək ki, Erik Kantona "Mançester Yunayted” ilə 4 dəfə İngiltərə çempionu olub, 2 dəfə İngiltərə Kubokunu, 1 dəfə Superkubokunu başı üzərinə qaldırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə