Messi “El-Klassiko”da oynayacaq?

Messi “El-Klassiko”da oynayacaq?

"Barselona"nın hücumçusu Lionel Messi İspaniya kubokunun yarımfinal mərhələsində "Real Madrid"lə oyunu buraxa bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, La Liqanın son turunda "Valensia" ilə matçda (2:2) bud nahiyyəsindən xəsarət alan argentinalı futbolçu “El-Klassiko”da oynayıb-oynamayacağına özü qərar verəcək. 31 yaşlı forvardın zədəsinin ciddi olmadığı, ancaq ağrılarının qaldığı bildirilir. O, son məşqdə komanda ilə birgə hazırlıq keçirib.

Qeyd edək ki, bu gün "Barselona" - "Real Madrid" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə