Türkiyə Kubokunda 1/4 finalın ilk matçında qol vurulmayıb

Türkiyə Kubokunda 1/4 finalın ilk matçında qol vurulmayıb

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinə start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. Doğma meydanda birinci liqa təmsilçisi "Ümraniyespor"u qəbul edən "Trbazonpor" rəqibin müqavimətini qıra bilməyib. Görüş 0:0 hesabı ilə başa çatıb. Komandalar arasında cavab matçı fevralın 26-də keçiriləcək.

Qeyd edək ki, bu mərhələnin digər görüşləri bu gün və sabah oynanılacaq.

Türkiyə Kuboku, 1/4 final mərhələsi

5 fevral
"Trabzonspor" - "Ümraniyespor" 0:0

6 fevral

19:30. "Malatyaspor" - "Göztəpə"

21:30. "Qalatasaray" - "Hatayspor"

7 fevral

21:30. "Akhisar" - "Kasımpaşa"

Bütün xəbərlər Facebook səhifəmizdə