Futbol üzrə Almaniya Kubokunda 1/8 final mərhələsinə start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma keçirilib. Günün ilk matçında ikinci bundesliqa təmsilçisi "Haydenhaym" "Bayer"i 2:1 hesabı ilə məğlub edib. Leverkuzen təmsilçisini mübarizədən kənarlaşdıran aşağı liqa klubu bununla sensasiyaya imza atıb.
Eyni saatda başlayan digər oyunda isə "Hamburq" "Nürnberq"i minimal hesabla üstələyib və adını 1/4 finala yazdırıb. "Borussiya" (Dortmund) - "Verder" matçında qalibi penaltilər seriyası müəyyənləşdirib. Həlledici zərbələr zamanı daha dəqiq oynayan qonaqlar növbəti mərhələyə adlayıblar.
Digər görüşdə isə ikinci bundesliqa təmsilçiləri - "Duysburq" və "Paderborn" klubları üz-üzə gəliblər. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu mərhələnin digər 4 oyunu bu gün keçiriləcək.
Almaniya kuboku, 1/8 final mərhələsi
5 fevral
"Haydenhaym" - "Bayer" - 2:1
Qollar: Y. Brandt, 44 (0:1), N. Dovedan, 47 (1:1), M. Multaup, 72 (2:1)
"Hamburq" - "Nürnberq" - 1:0
Qol: B. Özcan
"Borussiya" (Dortmund) - "Verder" - 3:3 (əsas və əlavə vaxt)
Penaltilər seriyasında - 2:4
Qollar: M. Raşitsa, 4 (0:1), M. Roys, 45 (1:1), K. Pulişiç, 105 (2:1), K. Pizarro, 108 (2:2), Ə. Hakimi, 113 (3:2), M. Harnik, 119 (3:3)
"Duysburq" - "Paderborn" - 1:3
Qollar: Kauli, 47 (1:0), B. Tekbetey, 52 (1:1), K. Proqer, 61 (1:2), K. Antvi-Adcey, 76 (1:3)
6 fevral
"Holştayn" - "Auqsburq"
"Leyptsiq" - "Volfsburq"
"Şalke" - "Fortuna"
"Herta" - "Bavariya"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB