“Liverpul”un zədəli oyunçusu Aleks-Oksleyd Çemberleyn vaxtından əvvəl sıraya dönəcək. Britaniya mətbuatının yazdığına görə, ötən ilin yayında zədələnən 25 yaşlı yarımmüdafiəçinin adı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Bavariya” ilə qarşılaşma üçün iştirak ərizəsinə salınıb. Daha əvvəl Çemberleynin mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyi açıqlanmışdı.
Qeyd edək ki, komandalar arasındakı ilk matç fevralın 19-da İngiltərədə, cavab qarşılaşması martın 13-də isə Münhendə olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB