Portuqaliyalı futbol məşqçisi Joze Mourinyo İspaniyada vergidən yayındığına görə 3,3 milyon avro cərimə edilib. Belə ki, portuqaliyalı mütəxəssis 2011-ci ildə 1,6 milyon, 2012-ci ildə isə 1,7 milyon olmaqla ümumilikdə 3,3 milyon avro vergi ödəməkdən boyun qaçırıb.
Qeyd edək ki, 2018-ci ilin iyulunda J.Mourinyo vergi orqanlarına 400 min avro ödəyib. O, məşqçilik karyerası ərzində Portuqaliyanın “Portu”, İtaliyanın “İnter”, İngiltərənin “Çelsi” və “Mançester Yunayted”, həmçinin İspaniyanın “Real” komandalarını çalışdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB