Karate üzrə böyüklərdən ibarət milli komanda bir həftəlik təlim-məşqlərə başlayıb. SİA-nın məlumatına görə, Azərbaycan Milli Karate Federasiyasından bildiriblər ki, təlimdə məşqçilər heyəti texniki, taktiki və fiziki proqramlar üzərində çalışmaqla yanaşı, Parisdə keçirilmiş Karate 1 Premyer Liqa turnirində idmançılarımızın çıxışları təhlil ediləcək.
Təlim-məşqlərdən sonra qısa istirahət edəcək milli komanda gələn həftə ilin ikinci rəsmi turnirinə - Dubayda keçiriləcək Karate 1 Premyer Liqasının ikinci mərhələsində mübarizəyə qoşulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB