“İqtisadçı” “Tent”ə voleybol dərsi keçdi

“İqtisadçı” “Tent”ə voleybol dərsi keçdi

Qadın voleybolçulardan ibarət Azərbaycanın "İqtisadçı" klubu "Çelenc Kuboku" turnirinin 1/16 final mərhələsinin ilk oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, komandamız Serbiyanın "Tent" klubu ilə qarşılaşıb. Oyun "Sərhədçi" Olimpiya Mərkəzində təşkil olunub. Matçı Andrey Kovalçuk (Ukrayna), Sərdar Nisançıoğlu idarə ediblər.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması sabah yenə "Sərhədçi" Olimpiya Mərkəzində təşkil olunacaq.

"Çelenc Kuboku" 14:00. "Tent" (Serbiya) – "İqtisadçı" (Azərbaycan) 0:3 (15:25, 15:25, 15:25)

"Sərhədçi" Olimpiya Mərkəzi

Birinci set komandamızın açıq üstünlüyü ilə yekunlaşıb. "İqtisadçı" Serbiya klubuna əsl voleybol dərsi keçdi. Belə ki, ilk set 15:25 hesabı ilə iqtisadçıların xeyrinə başa çatıb.

İkinci setdə də "İqtisadçı" 10 top üstün oldu. Komandamız həm blokda, həm də hücumda gözəl oyun nümayiş etdirib.

"İqtisadçı" üçüncü setdə də rəqibə 15-dən yuxarı çıxmağa icazə verməyib. Belə ki, qızlarımız "Tent"i yenə də 15:25 hesabı ilə məğlub edib - 0:3

Bütün xəbərlər Facebook səhifəmizdə