FIG Akademiyasının məşqçilik kurslarının nəticələri açıqlanıb

FIG Akademiyasının məşqçilik kurslarının nəticələri açıqlanıb

Azərbaycan Gimnastika Federasiyası (AGF) Bakıda batut gimnastikası üzrə yerli məşqçilər üçün birinci dərəcəyə aid kurslar təşkil edib. Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyası tərəfindən keçirilən kursların nəticələri açıqlanıb.

SİA AGF-ə istinadla xəbər verir ki, kurslarda iştirak etmiş 13 məşqçimizin hər biri imtahanları uğurla verərək, beynəlxalq sertifikatlar alıb və məşqçilik üzrə birinci dərəcəyə sahib olublar.

Qeyd edək ki, həm nəzəriyyə, həm də təcrübi hissələrindən ibarət olan kurslarda biomexanika, anatomiya və psixologiya mövzuları üzrə təlimlər FIG-nin mütəxəssisləri Santos Mendes Eduardo Corge (Portuqaliya) və Korradi Maria Karolina (Argentina) tərəfindən keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə