Arif Rəhimov: "Formula 1"in ilk iki ildə Azərbaycana töhfəsi 280 milyon dollar olub" - YENİLƏNİB

Arif Rəhimov: "Formula 1"in ilk iki ildə Azərbaycana töhfəsi 280 milyon dollar olub" - YENİLƏNİB

"Formula 1"in 2016-2017-ci illərdə Azərbaycana töhfəsi 280 milyon dollar olub". SİA-nın məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları - 2019" adlı konfransda deyib.

O, BŞH ilə "Formula 1" Şirkətlər Qrupu arasında 2023-cü ilə qədər yeni müqavilənin imzalanmasından danışıb: "Müqavilə müddətinin 5 il yox, 3 il uzadılması "Formula 1" Şirkətlər Qrupunun yeni siyasətidir. Yeni müqavilə 2023-cü ilə qədər olsa da, uzunmüddətli layihəyə ümid edirik.

A.Rəhimov bildirib ki, "Formula 1" yarışının indiki məqamda Bakıdan ölkənin başqa bir şəhərinə köçürülməsi mümkün deyil.

Onun sözlərinə görə, "Formula 1" üzrə 2019-cu il Azərbaycan Qran Prisində də bir sıra tanınmış sənətçilər konsert proqramı ilə çıxış edəcəklər: "Hazırda müğənnilərin biri ilə danışıqlar sonuncu mərhələdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə