"AS" nəşri: "Real" Modriçə yeni müqavilə təklif edəcək

"AS" nəşri: "Real" Modriçə yeni müqavilə təklif edəcək

"Real" futbolçusu Luka Modriçə yeni müqavilə təklif etməyə qərar verib. "AS" nəşrinin yazdığına görə, Madrid klubu xorvat yarımmüdafiəçi ilə 2020-ci ilin yayında başa çatacaq müqavilənin müddətini daha 2 il uzatmaq istəyir. Yeni müqavilə ilə 33 yaşlı oyunçunun maaşının artırılması da planlaşdırılır. Qeyd edək ki, L.Modriç 2012-ci ildən "Real"da oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə