Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışlarına hazırlıq sürətlə davam edir. Azərbaycan Gimnastika Federasiyasının saytında yer alan məlumata görə, bunu batut gimnastikası üzrə milli komandamızın baş məşqçisi Vladimir Şulikin deyib. Baş məşqçi bildirib: “Bütün gücümüzlə yarışa hazırlaşırıq. Bizim üçün ikiqat məsuliyyətdir, çünki bu kubok yarışları 2020-ci ildə Tokioda təşkil olunacaq Yay Olimpiya Oyunlarına təsnifat xarakterlidir. Biz bütün səylərimizi ortaya qoyacağıq”.
V.Şulikin qeyd edib ki, turnirdə rəqabət çox güclü olacaq. Çünki bu turnirdə dünya çempionları mübarizə aparacaqlar. Azərbaycan idmançılarının əsas rəqiblərinin Rusiya, Çin, Belarus və Yaponiya gimnastlarının olduğunu deyən baş məşqçi vurğulayıb ki, ancaq bizim ən başlıca rəqiblərimiz özümüzük. Psixoloji gərginliyi həll edə bilsək, yaxşı nəticə qazanarıq.
V.Şulikin Milli Gimnastika Arenasında yaradılan şəraiti yüksək qiymətləndirərək vurğulayıb: “Bakıya gələn idmançılar buradan xoş təəssüratlarla ayrılırlar və yenidən ölkəmizə qayıtmaq istəyirlər”.
Qeyd edək ki, fevralın 16-17-də Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk dünya kuboku yarışı keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB