“Qarabağ” “Sumqayıt”la oyuna ciddi itkilərlə çıxacaq.

“Qarabağ” “Sumqayıt”la oyuna ciddi itkilərlə çıxacaq.

“Qarabağ” Topaz Premyer Liqanın 16-cı turunda “Sumqayıt”la oyuna 2 ciddi itki ilə çıxacaq.
Qol.az-ın məlumatına görə, Ağdam klubu səfər matçında Qara Qarayev və Mahir Mədətovun xidmətlərindən yararlana bilməyəcək.
Qara “Neftçi” ilə görüşdə (1:1) qırmızı vərəqə gördüyü üçün qarşıdakı matçı buraxmalı olacaq. Mahir isə, mövsüm ərzində 4-cü xəbərdarlığa görə sarı vərəqə limitini doldurub. Bundan başqa, Antalya toplanışında dizindən zədə alan yeni transfer Reynaldo Silvanın da “Sumqayıt”a qarşı oynayıb-oynamayacağı bilinmir.

Qeyd edək ki, fevralın 9-da keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyunu saat 18:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə