Azərbaycan Kikboksinq Federasiyasının üzvü, “Tank” ləqəbli dünya çempionu Xəyal Əhmədov martın 23-də Almaniyanın Bohum şəhərində növbəti döyüşünə çıxacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən kikboksçu deyib: “Rəqibim Marsel Hoffmann təcrübəli idmançıdır. Yarışa ciddi hazırlaşıram. Bilirəm ki, məni çətin döyüş gözləyir. Vətənə qələbə ilə qayıdacağam. Azərbaycanı layiqincə təmsil etmək, müqəddəs üçrəngli bayrağımızı ucaltmaq ən böyük amalım və istəyimdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB