İspaniyanın “Valensiya” futbol klubu yarımmüdafiəçisi və komandanın kapitanı Dani Parexo ilə müqavilənin müddətini uzadıb. Klubun saytında yer alan məlumata görə, 29 yaşlı futbolçu ilə yeni müqavilə 2022-ci ilin yayınadək qüvvədə olacaq. Yeni müqaviləyə görə Parexonu transfer etmək istəyən klub “Valensiya”ya 50 milyon avro ödəməlidir.
Futbolda 2006-cı ildə debüt edən yarımmüdafiəçi 2011-ci ildən “Valensiya”nın formasını geyinir. O, cari mövsümdə 30 oyunda 7 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB