“Barselona” ŞOKDA: Messi “El-Klassiko”nu buraxacaq!

“Barselona” ŞOKDA: Messi “El-Klassiko”nu buraxacaq!

“Barselona”nın hücumçusu Lionel Messi İspaniya kubokunun yarımfinal mərhələsində “Real”la oyunu buraxa bilər. İspaniya mətbuatı yazır ki, son turun “Valensiya” ilə matçında (2:2) bud nahiyyəsindən xəsarət alan argentinalı superulduz komandasının bügünkü məşqində iştirak etməyib. Bununla da 31 yaşlı futbolçunun “El-Klassiko”da oynamaq ehtimalının aşağı olduğu bildirilib.

Qeyd edək ki, “Barselona” – “Real” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında cavab matçı isə fevralın 27-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə