"Azərbaycan ev oyunlarında qrupdakı bütün rəqiblərindən xal ala bilər"

"Azərbaycan ev oyunlarında qrupdakı bütün rəqiblərindən xal ala bilər"

“Qrupumuz haqda onu deyə bilərəm ki, hər şey daha da pis ola bilərdi. İspaniya və Almaniya kimi komandalarla eyni qrupa düşmədiyimiz üçün şadam”.
Bu sözləri Slovakiya yığmasının baş məşqçisi Pavel Qapal deyib. Yerli “sportky.zoznam” saytına müsahibə verən çexiyalı mütəxəssis Avro-2020-nin seçmə mərhələsində eyni qrupda yer aldıqları komandaları dəyərləndirib:

“Qrupumuzda eyni səviyyəli və güclü komandalar yer alıb. Xorvatiya son dünya çempionatının finalçısıdır. Uels Avro-2016-da yarımfinal oynayıb. Macarıstan yaxşı komandadır. Azərbaycan isə xüsusilə ev oyunlarında qrupdakı bütün rəqiblərindən xal ala bilər. Əsas favorit Xorvatiya millisidir. Amma biz də yaxşı nəticəyə ümid edirik”.

Qeyd edək ki, millimiz seçmə mərhələdə Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmaları ilə birgə E qrupunda mübarizə aparacaq. Slovakiya ilə ilk oyunumuz iyunun 11-də evdə, ikinci qarşılaşma isə noyabrın 19-da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə