Açıqlama: "Manuel Noyerin zədəsi ciddidir"

Açıqlama: "Manuel Noyerin zədəsi ciddidir"

"Bavariya"nın qapıçısı Manuel Noyerin zədəsi ciddidir. Bu barədə komandanın baş məşqçisi Niko Kovaç Almaniya mətbutına açıqlamasında məlumat verib. Onun sözlərinə görə, təcrübəli qolkiperin zədəsinin bərpa müddəti məlum deyil. Xorvatiyalı mütəxəssis Noyerin bir neçə həftə meydana çıxa bilməyəcəyini də istisna etməyib.
Bu isə o deməkdir ki, Almaniya millisinin üzvü fevralın 19-da Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la keçiriləcək ilk görüşü buraxa bilər. Qeyd edək ki, Noyer məşq zamanl əlindən zədə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə