Balotelli A Seriyasına qayıtmaq istəmir

Balotelli A Seriyasına qayıtmaq istəmir

"Marsel"in hücumçusu Mario Balotelli A Seriyasına qayıtmaq barədə düşünmür. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, forvard İtaliya çempionatının darıxdırıcı olduğunu bildirib: “Yaxın vaxtlarda geri dönəcəyimi düşünmürəm. A Seriyasında taktikadan çox istifadə edilir. Ora həm də darıxdırıcıdır. Bununla belə, karyeramı "Breskia"da başa vurmaq istəyirəm.

Xatırladaq ki, Balotelli indiki klubuna "Nays"dan transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə