Stolüstü tennis üzrə ölkə çempionatı keçirilir

Stolüstü tennis üzrə ölkə çempionatı keçirilir

Fevralın 4-də Bakıda stolüstü tennis üzrə Azərbaycan çempionatı start götürüb. SİA-nın məlumatına görə, Azərbaycan Stolüstü Tennis Federasiyasından bildiriblər ki, şəxsi və komanda xarakteri daşıyan çempionatda 100-ə yaxın idmançı medallar uğrunda mübarizə aparır.

“Şüa” idman-sağlamlıq kompleksində təşkil olunan ölkə çempionatı fevralın 8-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə