XV turda qeydə alınan azarkeş sayı müəyyənləşib - Mövsümün rekordu

XV turda qeydə alınan azarkeş sayı müəyyənləşib - Mövsümün rekordu

Azərbaycan Premyer Liqasının XV turunda qeydə alınan azarkeş sayı bəlli olub. SİA-nın məlumatına görə, turun ilk görüşü Zirə İdman Kompleksinin stadionunda "Zirə" və "Sabah" arasında baş tutub. Qonaqların 2:0 hesablı qələbəsini stadionda 200 nəfər izləyib.

"ASK Arena"da baş tutan "Keşlə" - "Səbail" matçında (0:3) 450, Qəbələ şəhər stadionunda reallaşan "Qəbələ" - "Sumqayıt" qarşılaşmasında (1:0) isə 530 azarkeş qeydə alınıb.

Turun son oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda "Qarabağ" və "Neftçi" arasında baş tutub. 1:1 hesablı heç-heçə ilə başa çatan matçı 6000 nəfər izləyib. Bu göstərici isə rekord olub. Daha öncə cari mövsüm bir oyunda bu qədər fanat qeydə alınmamışdı.

Daha əvvəlki rekord isə 6-cı turun "Əlincə Arena"da keçirilən "Sabah" - "Qarabağ" (0:2) matçınında reallaşmışdı. Sözügedən oyunu 4500 azarkeş izləmişdi.

Beləliklə, 15-cü turda 7180 azarkeş qeydə alınıb. Bu da hər oyuna 1795 fanat deməkdir. Bu isə cari mövsümün ən yaxşı göstəricisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə