"Yuventus" "Real"da qalmaq istəməyən Marselo üçün "kral klubu" ilə danışıqlara başlayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Turin təmsilçisi braziliyalı müdafiəçi üçün ispanlara 45 milyon avroluq təklif göndərməyə hazırlaşır. Əgər 30 yaşlı futbolçunun "Yuventus"a keçidi alınsa, onun yeni klubunda illik gəliri 12 milyon avro olacaq.
Qeyd edək ki, Marselonun "Real"la 2022-ci ilin yayına qədər müqaviləsi var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB