"Monako" "Lester"lə futbolçu dəyişdirib

"Monako" "Lester"lə futbolçu dəyişdirib

"Monako"nun futbolçusu Yuri Tilemans karyerasını İngiltərədə davam etdirəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, belçikalı futbolçu "Lester Siti" klubuna transfer olunub. Tilemans mövsümün sonuna qədər icarə əsasında "Lester"də çıxış edəcək.

Bu keçidin qarşılığında "Lester" yarımmüdafiəçisi Adrien Silvanı mövsümün sonuna qədər "Monako"ya icarəyə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə