Fevralın 2-də Bolqarıstanın paytaxtı Sofiyada qadınlar arasında cüdo üzrə açıq Avropa kubokuna start verilib. SİA-nın məlumatına görə, qitə yarışında ölkəmizi Şəfəq Məmmədova (52 kq), Diana Şoranova (63 kq) və Günel Həsənli (70 kq) təmsil edirlər. Yarışların ilk günündə cüdoçumuz Şəfəq Məmmədova macarıstanlı Katinka Sabo, Diana Şoranova almaniyalı Annabel Vinziq ilə mübarizə aparacaq.
İyirmi səkkiz ölkədən 177 cüdoçunun mübarizə apardığı turnirə fevralın 3-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB