"Neftçi" hücumçu transferi reallaşdırır. SİA-nın məlumatına görə, "ağ-qaralar" İtaliya C Seriyasında çıxış edən "Novara"nın hücumçusu Canluka Sansoneni transfer edəcək. 31 yaşlı hücumçu müqavilə imzalamaq üçün Bakıya yola düşüb.
Qeyd edək ki, italiyalı hücumçu peşəkar karyerasına "Montorio" klubunda başlayıb. Sansone "Syena", "Frozinone", "Sassuolo", "Torino", "Sampdoria", "Bolonya" və "Bari" kimi klublarda çıxış edib. Canluka 2016-cı ildən "Novara"da çıxış edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB