Azərbaycan Premyer Liqasının 3-cü dövrəsinin ilk matçında səfərdə “Qəbələ” ilə qarşılaşacaq “Sumqayıt” hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, komanda Ayxan Abbasovun rəhbərliyi altında dünən “Kapital Bank Arena”nın təbii örtüklü ehtiyat meydançasında növbəti məşqini keçirib. Müdafiəçi Şəhriyar Əliyev bərpa prosesi keçdiyi üçün fitness zalında hazırlaşıb. 1,5 saat davam edən məşq prosesi əsasən toplu çalışmalar və müxtəlif taktiki gedişlər üzərində qurulub.
Qeyd edək ki, “Qəbələ” - “Sumqayıt” qarşılaşması 3 fevral, saat 14:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB