"Leyptsiq" "Hannover"ə 3 cavabsız qol vurub

"Leyptsiq" "Hannover"ə 3 cavabsız qol vurub

Almaniya Bundesliqasında 20-ci tur başlayıb. SİA-nın məlumatına görə, turun açılış matçında "Leyptsiq" "Hannover"in qonağı olub və 3:0 hesabı ilə qalib gəlib.

Bu qələbə ilə xalını 37-yə yüksəldən "Leyptsiq" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb, "Hannover" isə 11 xalla 17-cidir. Turnir cədvəlinə 48 xalla Dortmund "Borussiya"sı başçılıq edir. "Bavariya" 42 xalla 2-ci, Münhenqladbax "Borussiya"sı 39 xalla 3-cüdür.

"Hannover" - "Leyptsiq" 0:3
Qollar:
Halstenberg, 45-pen, Orban, 64, 85

Bütün xəbərlər Facebook səhifəmizdə