Futbol üzrə İtaliya millisinin təlim-məşq toplanışı üçün heyəti açıqlanıb. Qurumun rəsmi "Tvitter" səhifəsində yer alan məlumata görə, baş məşqçi Roberto Mançini yığmaya "Sampdoriya"nın 36 yaşlı hücumçusu Fabio Kvalyarellanı da çağırıb. Qeyd edək ki, hazırlıq 4-5 fevral tarixlərində keçriləcək.
Xatırladaq ki, Kvalyarella 2007-2010-cü illərdə İtaliya millisində oynayıb. O, ötən il Andrea Pirlonun vida matçında iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB