FİDE yeni reytinq siyahısını açıqlayıb

FİDE yeni reytinq siyahısını açıqlayıb

Beynəlxalq Şahmat Federasiyası (FİDE) fevral ayı üçün reytinq siyahısını açıqlayıb. Qurumun saytında yer alan məlumata görə, yanvar ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2 pillə geriləyib. O, 2790 xalla 5-cidir.

Siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 13-cü (2756), Arkadi Naydiç 22-ci (2732), Rauf Məmmədov 42-ci (2703), Eltac Səfərli (2681) 63-cü, Qədir Hüseynov (2664) isə 82-ci pillədə yer alıb.

Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə (2422) 49-cu, Xanım Balacayeva 64-cü (2397), Gülnar Məmmədova isə 2368 xalla 99-cudur.

Qeyd edək ki, siyahıya Norveç şahmatçısı Maqnus Karlson (2845) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2828) ikinci, Lifen Dinq (Çin, 2812) üçüncüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə